news Image
2014.06.20
15:16
| A A A
Qeyri-adi canlı tapıldı - FOTO/VIDEO

Meksika körfəzində 1530 metr dərinlikdə neft platforması kameraları tərəfindən göstərilən dəniz canlısının sirrinin həll edilməsi iki il vaxt aparıb. Elm adamlarının okeanın metrlərlə dərinliyində üzən və  tül pərdəni xatırladan canlının nə olduğunu anlaması tam iki il vaxt alıb.Hər şey bundan iki il əvvəl başlayıb. Meksika Körfəzindəki neft platformasının kamerası 1530 metr dərinlikdə qəribə bir dəniz canlısı görüntüləyib. 

Movqe.Az xəbər verir ki, dəniz canlıları bioloqları iş başladıb. Daha əvvəl Meksika körfəzində bu dərinlikdə belə bir canlıya rast gəlməyən bioloqlar beynəlxalq bir platforma meydana gətirib. Alimlərin məlumatları paylaşması nəticəsində altıbucaqlı formasında olan və bir perqament kağızını xatırladan toxumaya sahib canlının çox nadir görülən bir meduza olduğu təyin olunub.




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs