news Image
2014.07.02
16:16
| A A A
Oruc tutmağı rəsmi olaraq qadağan etdilər

Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində məmurlar, şagirdlər və müəllimlərin oruc tutması rəsmi olaraq qadağan edilib. 


Movqe.Az xəbər verir ki, Uyğur bölgəsində bəzi hökumət orqanları oruc tutulmasını qadağan edib. Turfan ticarət işləri bürosu, internet saytında həftənin əvvəlində nümayiş olunan məlumatda, "cəmiyyət vəzifəliləri və şagirdlər oruc tuta bilməz və digər dini fəaliyyətlərə qatıla bilməz" xəbərdarlığı edib.


Bölgədəki rəsmi radio stansiyalarından Bozhounun internet saytından nümayiş olunan xəbərdarlıqda da, "partiya üzvləri, müəllimlər və gənclər Ramazan fəaliyyətlərinə qatıla bilməz" deyilib. 


Hong Kong mərkəzli South China Morning qəzeti, bənzər xüsusiyyətli xəbərdarlıqların bir çox rəsmi orqan tərəfindən yayımlandığını qeyd edib. Qəzet həmçinin, yerli mənbələrə əsaslanaraq, səlahiyyətlilərin gün ərzində pulsuz yemək təşkilatları təşkil etdiyini yazıb.


Şərqi Türkistan olaraq bilinən Sincan Uyğur Muxtar Bölgəsində artan gərginlik və şiddət hərəkatları səbəbiylə son yarım ildə 200-ə yaxın insanın həlak olduğu təxmin edilir. 


Pekin rəhbərliyi, hərəkatları "terror hücumu" olaraq xarakterizə edib və bundan "radikal İslamçı təşkilatları" məsul tutur. 

 


Beynəlxalq müşahidəçilər ya da xarici jurnalistlərin iddiaları araşdırmaları üçün bölgədə müstəqil fəaliyyətinə isə icazə verilmir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs