news Image
2014.07.08
15:17
| A A A
Gülümsəyin :)

Araşdırmalar insan sağlamlığı və gülümsəmə arasında qüvvətli əlaqənin olduğunu göstərir. Belə ki, gülmək pozitiv enerji və sağlamlıqla bərabər hayat keyfiyyəti üçün idealdır.

İnsan əhvalına müsbət təsir göstərən gülüş, stressi də azaldır. Həmçinin xoşbəxtlik hormonu olan endorfini əmələ gətirir. Digər faydaları isə aşağdakılardır:

* Əzələləri boşaltdığı üçün insanı rahatlaşdırır;

* İnsanın müsbət düşünməsini təmin edir;

* Beyni sakitləşdirir;

* Qan təzyiqini tarazlaşdırır;

* Depressiyanı azaldır;

* Bəzi psixoloji xəstəliklərdə müalicə metodu kimi istifadə olunur;

* Stresslə bağlı narahatlıqları aradan qaldırır.

Məlumata görə, gülüş qarın, bel və ayaq əzələləri üçün xeyirlidir. Bunun sayəsində daxili orqanlar masaj olunur və nəticədə effektiv çalışmağa başlayır.

Kiçik bir gülüş belə qanda şəkərin səviyyəsini salmağa və həzmi yaxşılaşdırmağa kömək edir. 

Təbii gülüş ağrıya da faydalıdır. Həkimlərə görə, şən və güləyən insanlar ağrını daha asan keçirir. Gülüş zamanı yaranan endorfin orqanizmin təbii ağrıkəsicisi sayılır. Ağ ciyərləri inkişaf etdirməyə kömək edir. Astma və bronxit xəstələri üçün yaxşı məşqdir. Gülüş zamanı ağ ciyərlərin fəaliyyəti aktivləşir və nəticədə qana oksigen axını güclənir.

Gərgin keçən günlərdən və iş stressindən xilas olmaq üçün boş vaxtlarda, gülməli filmlərə baxmaq, yumor jurnallarını, lətifə kitablarını mütaliə etmək məsləhətdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs