news Image
2014.07.09
20:38
| A A A
Hündürboy qadınların xərçəngə tutulma riski daha yüksəkdir

Uzunboylu qadınların xərçəngə yaxalanmaq riski yüksəkdir. ABŞ-ın Albert Eynşteyn Universitetinin mütəxəssisi Geoffri Kabat və komandası bu sahədə araşdırma aparıb. Nəticələrə görə, hər 10 sm üçün qadınların süd vəzi, yumurtalıq, böyrək, dəri xərçəngi kimi xəstəliklərə yaxalanma riski 13 faiz artır. 


Araşdırmaya 50-79 yaş arası klimaks dövründə olan 140 minə yaxın qadın qatılıb. Kabatın sözlərinə görə, yaş, siqaret, artıq çəki və başqa amillərdə xərçəngə tutulmada boydan daha önəmli rol oynayırlar. 


Qeyd edək ki, bundan öncədə İngiltərənin Oksford Universitetində aparılan araşdırmalar 1,52 sm-dən uzunların hər 10 sm-də xərçəng riskinin 16 faiz artdığını müəyyən etmişdilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs