news Image
2014.07.21
15:00
| A A A
Saç tökülməsinə qarşı qidalar

Saçlarınızın daima tökülməsi sizi narahat edir və bunun qarşısını ala bilmirsinizsə qida rejiminə nəzər salın. 

Bəzi qidalar saçların tökülməsinə qarşı olduqca yaxşı vasitədir. 


1.Çərəz

Sağlam saçların Omega-3-ə ehtiyacı var. Çərəzdəki bu maddə saçları qoruyur, sink isə onların tökülməsinin qarşısını alır.


2. Zeytunyağı

Bu yağ yaxşı E vitamini qaynağıdır. E vitamini saçları qoruyan və qalınlaşdıran bir antioksidantdır. Hüceyrələrin sağlam inkifşafı üçün faydalıdır. Dərini nəmli və yumşaq saxlayır. Saç diblərini möhkəmlədərək qırılmaların qarşısını alır.


3. Soya

E vitamini ilə zəngin daha bir məhsul. Onun tərkibində həm də hemoqlobin artıran dəmirdə var. Hemoqlobin qanda oksigenlə təmin edir. Qan dövranı sisteminin düz işləməsi saçlarında canlı və möhkəm olması deməkdir.


4.Yerkökü

Gözlərə və saçlara çox faydası var. A vitamini sayəsində saçların sağlam və parlaq olmasını təmin edir.


5. Taxıl məhsulları

B7 vitamini saçların tökülməsinin və bozarmasının qarşısını almaq yardım edəcək.


6. İspanaq

B9 vitamini parlaq və sağlam saçlar üçün lazımdır.


7. İstiridyə (yeyilən dəniz ilbizi)

Bu qida sinklə zəngindir. Sink isə əla antioksidant olduğu üçün saçları möhkəmləndirir və qoruyur. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs