Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Qeyri-adi “robo-barmaqlar” hazırlanıb
 
 
news Image
2014.07.22
07:31
| A A A
Qeyri-adi “robo-barmaqlar” hazırlanıb

Massaçusets Texnolgiya İnstitutundan (MTİ) olan mütəxəssislər insanın gündəlik işində istifadə üçün yararlı olan "robo-barmaqlar" hazırlayıblar. Onların sözlərinə görə, "robo-barmaqlar"dan həm əlindən zədə almış insanlar, həm də hansısa xəsarət nəticəsində bir və bir neçə barmağını itirən adamlar istifadə edə bilərlər.

Yenilik ələ bir və ya iki barmaq əlavə edir və onlar əlin digər barmaqları ilə birlikdə işləyir. " Robo-barmaqlar" iki əl üçün tələb olunan işi yerinə yetirmək üçün insanda ikinci əli də əvəz edə bilər. Texnologiya müəlliflərinin sözlərinə görə, "robo-barmaqlar"ın cari versiyası çox böyükdür və indi onlar texnologiyanın kiçildilməsi üzərində işləyirlər.

MTİ-də hazırlanmış "robo-barmaqlar"da əlin digər barmaqlarının vəziyyətini ölçmək üçün insanın əlinə və biləyinə qoşulmuş sensorlardan istifadə edilir.

"Hər gün biz müxtəlif alətlərdən, məsələn, çəngəl və ya bıçaqdan istifadə edirik, avtomobil idarə edirik. Biz bunları edən vaxt əlin vəziyyəti barədə fikirləşməyi unuduruq, biz bunu, sadəcə, avtomatik olaraq yerinə yetiririk"- yeniliyin müəlliflərindən biri Harri Asada bildirir. "Biz radiotexnikanın köməyi ilə məhz bunu hazırlamaq istəyirdik, biz əlavə barmaqlar və süni əl yaratmaq istəyirdik. Əgər siz onları idarə edə bilirsinizsə, vaxt keçdikcə tədricən bədəninizin təbi davamı ola bilər".

Onun sözlərinə görə, alimlər iş üçün "tam təbii və intuitiv" alət hazırlayıblar. "Sizə kompüter, xüsusi proqram təminatı lazım deyildir. Sadəcə, adi qaydada işləyirsiniz, "robo-barmaqlar" isə sizə kömək edir"- o, əlavə edib.

Eyni zamanda mütəxəssislər bildirirlər ki, onların layihələri hələlik prototip mərhələsindədir və satış üçün nəzərdə tutulmur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs