news Image
2012.07.09
13:29
| A A A
Dünyanın qəribə tunelləri-FOTOLAR

Movqe.Azdünyanın ən qəribə tunelləri və onların yerləşmə yerləri haqqında məlumat verir.

1) 1937-ci ildə aşan bu ağacın ortası oyularaq,qeyri-adi tunel düzəldilmişdi. Bu tunel Kaliforniyanın "Sequoia"  milli parkında yerləşir. Aşan ağacı yoldan götürmək əvəzinə parkın idarə heyəti qərara gəliblər ki, ağacın ortasını oyub, tunel düzəltsinlər. Tunelin eni 5.18 metr, hündürlüyü isə 2.44 metrdir.



2) Texasda, Lynn Creek Parkda yerləşən bu tunel 4 milyon işıqları ilə buradan keçən sürücüləri valeh edir. Bu dünyanın ən uzun işıqlı tunelidir.


3) Yaşıllıqlarla örtülən bu tunel Ukraynada yerləşir və " Sevgi tuneli" adlanır.



4) Bu tunel şəkildən gördüyünüz kimi qırmızı qayalığından ibarətdir və ABŞ-da yerləşir.


5) Rəngarəng tunel -ictimai nəqliyyat vasitəsidir və Şanxayda yerləşir. Tunelin uzunluğu 647 metrdir. Bu tunel şüşə kapsul ilə örtülmüşdür və işıqlar  yanıb-sönür.


6) Tunel binanın arasından keçir və 30 ildir ki, mövcuddur. Yerli rəssamlar Hyuston, Den və Din Havel bu tuneli "inversiya" adlandırır.


7)Gördüyünüz bu tunelin kənarları yaşayış yeridir. Bina çox qəribə dizaynla tikilib və tuneli xatırladır. Bu tunel Niderlandda, daha dəqiq Rotterdamda yerləşir  və bazar kimi fəaliyyət göstərir. Tuneldə meyvə və tərəvəz
satılır.

8) Güllərdən ibarət olan tunel Yaponiyada  Kitakiuşa bağında yerləşir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs