news Image
2014.07.24
07:14
| A A A
Facebook-dan imtina ömrün 28 saatına qənaət edir

Facebook özünə hörməti məhv edir- İnsbruk Universitetinin əməkdaşları populyar sosial şəbəkənin 300 ingilis- və almandilli istifadəçisi ilə keçirilən testin nəticəsini araşdıraraq bu cür xoşagəlməz nəticəyə gəliblər.

Eksperimentin gedişində bütün iştirakçıları üç qrupa bölüblər. Birinci qrup yalnız Facebook-dan istifadə edib. İkinci qrup internetdə istənilən maraqlı informasiyanı axtarıb, lakin bu zaman sosial şəbəkəyə daxil olmayıb. Üçüncü qrup isə, heç bir xüsusi göstəriş almayıb və internetdə istədyini edib. Sonra hər bir iştirakçıya öz əhval-ruhiyyəsini dəyərləndirmək təklifi ediblər.

Nəticədə aydın olub ki, Facebook-a daxil olan hər kəs vaxtlarını bu qədər səmərəsiz keçirdiyinə görə təəssüf hissi keçiriblər. Bundan başqa, onlar sosial şəbəkədə nə qədər çox vaxt keçiriblərsə, ovqatları da bir o qədər çox korlanıb. Eyni zamanda çoxları qeyd ediblər ki, səmərəsiz keçirilən vaxta görə onların özünə hörməti də azalıb.

Işlərin bu cür gedişinə özünəməxsus cavab isə bu yaxınlarda Just tədqiqat layihəsi çərçivəsində buraxılmış "Azadlığın 99 günü" layihəsi olub. Onun iştirakçılarına düz 99 gün könüllü olaraq Facebook-a daxil olmaqdan imtina etmək, həmçinin müvafiq olaraq 33 və 66 gündən sonra öz əhval-ruhiyyəsindəki dəyişikliyi qeydə almaq təklif edilib.

Tədqiqatçıların hesablamalarına görə, insanlar populyar sosial şəbəkədə gündə təqribən 17 dəqiqə vaxt keçirirlər. Beləliklə, Facebook-dan könüllü imtina 99 gündə daha maraqlı və faydalı məşğuliyyətə sərf oluna biləcək 28 saata qənaət etməyə imkan verir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs