news Image
2014.09.11
07:41
| A A A
Gülüş- yaşla bağlı yaddaşın itməsinə qarşı ən yaxşı dərman

Çoxları gülüşün ən yaxşı dərman olduğu barədə fikirləri eşidib. Və bu fikirlər yaşla bağlı yaddaşın itməsində öz doğruluğunu təsdiq edir. Kaliforniyadakı Loma Universitetində (ABŞ) keçirilmiş yeni tədqiqat sübut edib ki, yumor "stress hormonu" (alimlərin çoxsaylı qeydlərinə görə isə, bu, kortizol hormonu yaddaşı yaxşılaşdırır) ilə əlaqədar olan baş beyin zədələnmələrinin miqdarını azalda bilir.

Doktor Ginder Sinq Beynsin rəhbərlik etdiyi mütəxəssislər qrupu bu məlumatları bu il sentyabrın 5-də "Eksperimental Biologiya" jurnalına təqdim edib. Məlumdur ki, güclü stresslər sağlamlığa mənfi təsir edir. Alimlər qrupu yumorun bu hormon səbəbindən əmələ gəlmiş baş beynin zədələnməsini azaldıb-azaltmayacağını müəyyən etmək istəyib. Mütəxəssislər orqanizmlərində diabet əlamətləri qeydə alınan yaşlı adamlar qrupunu və sağıam adamlardan ibarət olan başqa bir qrupu analiz edib. Hər iki qrup bu adamların təhsilə olan qabiliyyətini, vizual qavramasını və yaddaşını yoxlayan yaddaş testindən əvvəl 20 dəqiqəlik yumoristik videoya baxıb. Yaşlılardan ibarət üçüncü qrupdan olan könüllülərdən isə, yumoristik testə baxmadan testdən keçməyi xahiş ediblər.

Sonra alimlər hər üç qrupdan alınmış nəticələri müqayisə ediblər. Müəyyən olunub ki, yumoristik filmə baxan iki qrupda videoya baxmayan qrupun nəticələri ilə müqayisədə kartizolun miqdarı xeyli azalıb.