news Image
2014.09.15
11:30
| A A A
Aksiya yoxsa, pomidor döyüşü?

Rusiyanın Avropa Birliyi (AB) ölkələrinə istiqamətli aldığı qida idxalatlaından mənfi yöndə təsirlənən Hollandiyalı istehsalçılar, bu embarqoya "pomidor döyüşü" ilə etirazlarını bildiriblər. Movqe.az xəbər verir ki, Amsterdamda məşhur Dam Meydanında bir araya gələn 2 mindən çox insan, istehsalçıların sata bilmədiyi təxminən 200 min pomidoru bir-birlərinə atıb. İspaniyanın Bunol qəsəbəsindəki ənənəvi "pomidor döyüşü" ndən ilhamlanaraq həyata keçirilən fəaliyyətə Hollandiyalılarla yanaşı çox sayda turist də qatılıb. 

Bələdiyyədən alınan xüsusi icazə ilə reallaşan fəaliyyət üçün Dam Meydanında xüsusi yer yaradılıb. Təxminən 1 saat davam edən fəaliyyətdən sonra ətrafın təmizliyini elə "pomidor döyüşü" nə qatılanlar edib, toplanan pulun embarqodan zərər görən istehsalçılara veriləcəyi bildirilib.