Əlaqə Arxiv
news Image
2014.09.16
09:18
| A A A
Ayaqqabıda tərəzi
Ayaqqabı içlikləri öz sahiblərinin çəkisini ölçəcək

Sankt-Peterburqdan olan ixtiraçılar çəkini xüsusi sensorlar vasitəsilə ölçmək qərarına gəlib və artıq öz ixtiralarına patent də alıblar.Rospatent-dən verilən məlumata görə, bu yaxınlarda idarədə ayaqqabılar üçün fərqləndirici əlaməti xüsusi sensorlar olan qeyri-adi ayaqqabı içlikləri qeydə alınıb. Sensorlardan biri ayağın daban hissəsində, digəri isə ön hissədə yerləşir. Onlar insan həm sakit vəziyyətdə olan vaxt, həm də yeriyən və qaçan zaman çəkini ölçmək üçün nəzərdə tutulub. Eyni zamanda sensorlar öz yüksək "həssaslığı" ilə fərqlənir və hətta çəkidəki ən kiçik dəyişikliyə reaksiya verir.Sensorlardan başqa, tərəzi –içliklərdə xüsusi analoq- rəqəmli dəyişdirici və naqilsiz əlaqə vasitəsilə bütün məlumatları hansısa bir mobil aparata, məsələn, mobil telefon və ya planşetə ötürən ötürcü də vardır.Bu yeniliklər üçün hazırlanması planlaşdırılan xüsusi əlavələr isə çəki haqda "ağıllı" içliyin verdiyi bütün məlumatları saxlayacaq və real vaxt rejimində mobil aparat sahiblərinə onların divan üzərində vaxt keçirərək nə qədər çəki yığdığı və ya idmanla məşğul olaraq nə qədər çəki atdıqları barədə məlumat verəcək.

Sizin Reklam Yeriniz