Əlaqə Arxiv
news Image
2014.09.16
11:33
| A A A
Birinci xanım: "Bir milyon avro üçün təşəəkkürlər"

Fransa prezidenti Hollandenin keçmiş sevgilisi Valerie Trierveiler, cütlüyün aldatmaqla bitən əlaqələrini qələmə aldığı "O an üçün təşəkkürlər" kitabından 1 milyon avro gəlir əldə edəcək. 


Movqe.az xəbər verir ki, Fransa prezidenti Fransua Hollandedən onu Julie Gayetlə aldatdığı üçün ayrılan Valerie Trierveilerin qələmə aldığı "Merci Pour Ce Moment" kitabında cütlüyün şəxsi həyatında yaşadıqları və Hollandenin şəxsiyyətiylə əlaqədar məsələlər əks olunub. Fransada həftəlik yayımlanan L'Express jurnalının əldə etdiyi məlumatlarla edilən hesaba görə peşəsi jurnalist olan Trierveilerin qazancı ilin sonuna qədər 1 milyon avronu keçəcək. Xəbərə görə kitab ilk dörd günündə 145 min ədəd satıb. Trierveiler hər kitabdan15 faiz komissiya alacaq. Bu da 20 avro qiyməti olan hər kitaba 3.5 avro deməkdir. Yəni Trierveilerin dörd günlük qazancı 450 min avrodur.

Sizin Reklam Yeriniz