news Image
2014.09.16
11:13
| A A A
Balıqdakı yağ pizazadakından da çoxdur

Movqe.az xəbər verir ki, İngiltərədə keçirilən yeni bir araşdırma ferma qızıl balığının orta bir pizzadan daha çox yağ ehtiva etdiyini aşkar edib.

Sunday Times qəzetinin apardığı araşdırma nəticəsində, fermalarda yetişdirilən qızıl balıqların 100 qramında 14 qram yağ olduğu, İngiltərədəki bir çox restoranda satılan marqarita pizzaların 100 qramındakı yağ nisbətinin isə yalnız 6.4 qram olduğu görülüb. 


Mövzu ilə əlaqədar bir şərh yayımlayan "Global Alliance against Industrial Aquaculture" rəhbəri Don Staniford, çox hərəkət etmədiyi üçün ferma qızıl balıqlarının yağ miqdarının artdığını söyləyib.