news Image
2014.09.17
07:14
| A A A
Yeni buz dövründən heç kim siğortalanmayıb
Alimlər müəyyənləşdiriblər ki, son qlobal soyuqlaşma kosmosdan olan bombardman səbəbindən baş verib

12900 il əvvəl- necə deyərlər, Gənc Drias dövründə Şimal yarımkürəsində başlayan kəskin və sərt soyuqlaşmanın səbəbi barədə çoxdan davam edən mübahisədə, deyəsən, kosmosdan bombardman nəzəriyyəsinin tərəfdarları qalib gəliblər. Onlar hər il bunu təsdiqləyən yeni sübutlar əldə edirlər. Ən yeni sübut Çikaqo Universitetində keçirilimiş tədqiqat sayəsində alınıb. Alimlər Gənc Driasın çöküntülərini tədqiq edib və orada nanoalmazlar aşkar ediblər. Onlar isə güclü partlayışlar zamanı yüksək temperaturda əmələ gəlir. Bu cür nanoalmazların səpintilərini Avropada, Şimali və Cənubi Amerikada- təqribən 50 milyon kvadrat kilometr sahədə tapırlar.Bir qədər əvvəl Mixail Petayevin rəhəbərliyi ilə Harvard Universitetindən olan tədqiqatçılar Qrenlandiyada tapılmış nümunələrdə 12890 il əvvəl əmələ gəlmiş çox sıx çöküntü- platin toz aşkar ediblər. Platin isə kosmik mənşəli maddədir.Kosmosdan bombardman haqqında ilk dəfə Kaliforniya Universitetinin alimi Ceyms Kennettin rəhbərlik etdiyi alimlər söhbət açıblar. Onlar 2007-ci ildə süxurun yüksək - təqribən 2000 dərəcə temperaturda və təzyiq nəticəsində sürətlə qızması və sürətlə də soyuması nəticəsində əmələ gələn mikroskopik kürəciklərdən ibarət səpinti tapıblar. Bu isə meteorit və kometlərin Yerə çarpılması nəticəsində baş verir.Sonralar Kennett ABŞ-da çöküntü süxuru şəklində nazik təbəqədən ibarət ərimiş şüşəyə bənzəyən material aşkar edib. Hesablamalara görə, o da təqribən 13 min il əvvəl, ən azı, 2000 dərəcə temperaturda formalaşıb. Bir sözlə, Gənc Drias dövründə Yerə nəsə böyük bir cismin- səmaya milyard tonlarla toz qaldıran komet və ya asteroidin düşdüyünə, demək olar ki, şübhə qalmır. Bir neçə səma cisminin düşməsi də istisna deyildir, çünki alimlər onların müxtəlif yerlərə düşdyünü göstərir. Bir versiyaya görə, obyekt Meksikaya, digər versiyaya görə isə Kanadaya çarpılıb. Alimlərin əksəriyyəti güman edir ki, hansısa bir cisim indiki İran ərazisinə düşüb. Kataklizm Tunqus meteoritini xatırlasa da, ondan bir neçə dəfə güclü olub. Partlayışın dalğası hətta indiki ABŞ və Kanada ərazilərinə də çatıb.O zaman Yerdə havanın temperaturu çox sürətlə qızıb. Və yenidən kəskin soyuqlaşma baş verib. Qılıncdişli pələnglər, mağara şirləri və ayıları, yunlu kərgədanlar, mamontlar, mastodontlar da daxil olmaqla heyvanların əksəriyyəti buna tab gətirməyərək məhv olub. Onlarla birlikdə bəzi insanlar, məsələn, Şimali Amerika kontinentində məskunlaşmış Klovis mədəniyətinin hinduları da yoxa çıxıb.Soyuqlaşma min il davam edib. Budur, kosmosdan olan zərbələr nələr yaradır və bundan planetimiz hələlik sığortalanmayıb.

Yeri gəlmişkən, əvvəllər qeyd etdiyimiz ki, NASA astronomlarının sözlərinə görə, yaxın 100 ildə -2017- 2117-ci illər arasında Yer kürəsi 400-ə yaxın asteroidlə toqquşa bilər. Onlar bu yaxınlarda həmin səma cismlərinin toplaşdığı yerdə aşkar edilib. Astronomların bildirdiyinə görə, onlar Günəş sisteminə yaxınlaşır.

Bizi təhdid edən asteroidlərin ölçüsü 100-200 metrdir. Onlar dünyanın axırının çatmasına səbəb olmasa da, buz dövrü baş verə bilər.