"iPhone"un qiyməti düşdü!
iPhone 6-ın təqdimatından sonra iPhone telefonlarını yenisi ilə
dəyişdirmək istəyənlər əllərindəkini satışa çıxarmağa başlayıb.
Movqe.az xəbər verir ki, E-ticarət platformalarında, iyul -
avqust aylarını əhatə edən iPhone məlumatlarına görə, elan ədədində
artım yaşandığı, bahalı olan qiymətlərdə ucuzlaşma müşahidə
edildiyi deyilib. Şərhdə, "Apple pərəstişkarlarının maraqla
gözlədiyi iPhone 6-ın təqdimatı edilərkən, köhnə iPhone
telefonlarını yenisi ilə dəyişdirmək istəyənlər əllərindəkini
satışa çıxarmağa başlayıb" ifadələrinə yer verilib. iPhone 5S-in
qiyməti 3 faiz azalaraq 250-300 manat civarında satılır.
iPhone 5-in qiyməti isə 8 faiz azalaraq təxminən 400 manat
olub.