news Image
2014.09.19
07:08
| A A A
46 il əvvəl oğurlanmış avtomobil sahibinə qayıdır

46 il əvvəl oğurlanmış avtomobili indi Mayamidə yaşayan 82 yaşlı amerikalıya qaytaracaqlar.

Gənc hüquqşünas Ayvan Şnayder özünün Jaguar E-type markalı kabriolet idman avtomobilini sonuncu dəfə 1968-ci ildə Nyu-Yorkda öz evinin qarşısında görüb. Avtomobilin sonrakı taleyi məlum deyil, lakin cari ilin iyun ayında köhnə "Yaquar" gözlənilmədən Hollandiyaya gətirilmiş köhnə maşınların təkrar yoxlanması zamanı tanınıb. Oğurlanmış avtomobili ABŞ-a qaytarıblar və tezliklə öz qanuni sahibinə veriləcək.

Şnayder "Yaquar"ın qayıtmasını möcüzə adlandırıb və avtomobili bərpa etmək niyyətindədir.