Ən hündür adamın boyu nə qədər olub?
Amerikalı Robert Uodlounun boyu 2,72 metrə qədər uzanıb. Onun hipofizi hipertrofiya nəticəsində həddən çox boy hormonu ifraz edib. 1940-cı ildə 22 yaşında vəfat edib. Ölümünün səbəbi isə hərəkət etmək üçün istifadə etdiyi ortopedik avadanlığın ovcunun içərisində əmələ gətirdiyi yara vasitəsilə qana infeksiyanın keçməsi olub.