news Image
2014.09.25
11:37
| A A A
101 il sonra qızları oldu

İngiltərədə yaşayan Silverton ailəsində 1913-ci ildən bu yana ilk dəfə qız körpə dünyaya gəlib.  Movqe.az xəbər verir ki,  İngiltərədə Silverton ailəsində 101 il sonra ilk dəfə bir qız körpə doğulub. Bu maraqlı ailədə bundan əvvəlki dörd nəsildə həmişə oğlanlar dünyaya gəlmişdi. 


Yalnız 10 mində 1 olan ehtimal Silverton ailəsində real olub və 4 nəsildə heç qız körpə dünyaya gəlməyib. Ailənin sonuncu qızı doğulduğunda İngiltərə taxtında Kral 6. George otururdu, ölkədə qadınların hələ səsvermə hüquqları yox idi və 1. Dünya Müharibəsi hələ olmamışdı.