news Image
2014.09.25
18:03
| A A A
Yeni planetdə su tapıldı

"Nature" jurnalında nümayiş olunan araşdırmaya görə, Yerdən 124 fer ili (təxminən 1 katrilyon kilometr) uzaqlıqdakı  bir ulduzun orbitində olan və HAT P- 11b adı verilən planetin atmosferində su buxarına rast gəlinib. Movqe.az xəbər verir ki, ABŞ-ın Maerilend Universitetindən araşdırmaçılar, NASA aid Habl Spitzer və Kepler teleskoplarını istifadə edərək atmosferini araşdırdıqları planetin, Yerdən dörd dəfə nəhəng olduğunu təyin edib.


Ölçümlər, HAT P-11b planetinin atmosferinin,  90 faizində hidrogenə və mühüm ölçüdə su buxarından meydana gəldiyini aydınlaşdırıb.


Daha əvvəl bu texnikanın yalnız Yupiter kimi nəhəng göy cisimlərində istifadə edildiyi düşünülürdü.


HAT P-11b planetinin, ulduzuna çox yaxın olduğu üçün çox isti olduğu deyilib.