news Image
2014.09.27
08:49
| A A A
Öz sahibinin fəaliyyətinə nəzarət edən smartfon

Ola bilər ki, yaxın vaxtlarda mobil telefonlar istifadəçinin təkcə fiziki və psixo-emosional göstəricilərinə nəzarət etməyəcək, həmçinin depressiya və pis əhval-ruhiyyə ilə də mübarizə aparmaqda kömək edəcək.Istifadəçi haqda informasiya toplayan və analiz edən yeni əlavə, test rejimində 48 tələbənin smartfonunda yerləşdirilib.Əlavə ABŞ-ın ən qədim universitetlərindən biri Dartmut kollecində hazırlanıb.Yeni texnologiya vasitəsilə 10 həftə ərzində tələbələrin davaranışı, onlkarın yerləşdiyi yer, telefonla danışıqlarının sayı, bu və ya digər yerdə keçirdikləri vaxt və s. izlənib.Testin sonuna qədər təqribən 52,6 qiqabayt informasiya toplanıb. Nəticələr göstərib ki, fiziki və sosial baxımdan fəal olan adamlar depressiya tutmaları və pis əhval-ruhiyyədən daha az əziyyət çəkirlər.

Alimlər alınmış nəticələrdən insanın təkcə psixoloji durumunu izləməyən, həmçinin ona problemin öhdəsindən gəlməkdə kömək edən sonrakı texnologiyalarda istifadə etməyi planlaşdırırlar.