Əlaqə Arxiv
news Image
2014.09.30
08:57
| A A A
D vitamini erkən ölüm riskini azaldır

Yeni tədqiqatın nəticələri göstərir ki, orta yaşlı minlərlə insan sümük sınıqları, ürək-damar, xərçəng və diabet xəstəlikləri riskinə məruz qalır.Müəyyən olunub ki, orta hesabla, 40-80 yaşlarında olan 10 kişi və qadından biri bu cür vitamin çatışmazlığından əziyyət çəkir və ehtimal ki, bu, onların vaxtının çox böyük hissəsini qapalı yerdə keçirmələri ilə əlaqədardır. Alimlər həmçinin müəyyən ediblər ki, D vitamini yüksək səviyyədə olan yaşlı adamlar daha gec ölürlər.Güman olunur ki, bu vitamin bir neçə kimyəvi reaksiyada əsas rol oynayır və müəyyən edilib ki, o, xərçəng, ürək-damar, diabet xəstəlklərindən qoruyur və doğuşun sayını artırır. Tədqiqatçılar 1992-2012-ci illərdə 42-82 yaşlarında 15 min kişi və qadını müşahidə ediblər.Onlar müəyyən ediblər ki, kişilərin 9, qadınların isə 13 faizində D vitamini çatışmazlığı vardır. İnsan orqanizmi D vitaminini dəriyə günəş şüaları düşən zaman alır, Şimal yarımkürəsi ölkələrində isə lazımi miqdarda günəş şüasını yalnız yay fəslində almaq mümkündür.D vitamini həmçinin qızıl balıq və skumbriya kimi balıqlardan alınan balıq yağı və südün tərkibində də olur. Qanda D vitamininin ideal miqdarı hər litrə 50-90 nmol təşkil edir, əgər bu səviyyə hər litr üçün 30 nmol-a enirsə, bu, çatışmazlıq hesab edilir. Tədqiqat həmçinin göstərib ki, D vitamininin səviyyəsi hər litrə 20 nmol artan vaxt ölmək şansı 8% azalır."Bizim məlumatlar göstərir ki, orqanizmdə D vitamininin azacıq artması hətta bu səviyyə minimum qəbuledilən olsa belə, müəyyən üstünlüyə malikdir. Bu, əlavə kimi D vitamininin gündəlik qəbulu və ya həftədə iki-üç dəfə yağlı balıq yemək, eləcə də fiziki aktivliyin artırılması yolu ilə əldə edilə bilər"- Kembric Universitetində İctimai Sağlamlıq və İlkin Tibbi Yardım Departamentindən olan professor Key-Ti Khav bildirib .Alimin sözlərinə görə, insan kifayət qədər D vitamini almaq üçün gündə 20 dəqiqəyə yaxın günəş şüaları altında olmalıdır.

Sizin Reklam Yeriniz