news Image
2014.10.24
08:29
| A A A
Kolumbiyalılar plastik butılkalardan ev tikirlər

Kolumbiyada plastik butılkalardan birmərtəbəli evlər tikirlər. Onlar qum, gil və ya bünövrə üçün yerlər qazıldıqdan sonra oradan çıxarılan qeyri-münbit torpaqla doldurulur.

Kolumbiyalı ustalar butılkaların ağzının möhkəm bağlandığını əsas gətirərək onların içərisindəki rütubətə diqqət yetirmirlər.

Kərpici əvəz edən butılkaları sintetik kəndir vasitəsilə bir-birilə sıx bağlayır və sement məhlulunun üzərinə qoyurlar.

Sement məhlulunun qalınlığı bir-birinin yanında yerləşən butılkaları tam örtsə də, onları yanlardan tam örtməməlidir. Kolumbiyalı ustalar plastik butılkaları hörməzdən qabaq onların boğazına əlavə iplər toxuyaraq, bir növ, suvaq toru toxumağı təklif edirlər. İpin əvəzinə paslanmayan məftil və ya rezin bağlardan da istifadə etmək olar.

Ev və ya təsərrüfat tikilisinin tikintisi üçün istifadə edilən materialı gizlətmək lazım gələrsə, onun divarlarını tam suvamaq da olar.

Kolumbiyalılar bildirirlər ki, plastik butılkalardan inşa edilən birmərtəbəli evlər çox möhkəm alınır.

Kolumbiyada plastik zibilin ucuz yaşayış evinə çevrilməsi üzrə proqram, artıq neçə ildir ki, həyata keçirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs