news Image
2012.07.25
17:35
| A A A
Kişiylə qadın niyə dostluq edə bilməz?

Movqe.Az xəbə verir ki, ABŞ-da açıqlanan bir araşdırmaya görə kişilərin qadınlarla dost ola bilməsi üçün cinsi hissiyatsızlıq lazımdır. Qadınlar isə ərləri ilə yaşadığı əlaqədə problem olduğu təqdirdəkişi dostlarına maraq göstərməyəbaşlayırlar.

İş ya da məktəb dostluğu kimi qadın-kişi arasındakı uzun davamlı əlaqələrdə kişilərin qarşı cinsə qarşı ehtirası artır.

ABŞ-da qadın və kişi dostlar arasındakı cinsi cazibə qüvvəsini araşdıran bir sorğudaket çalışması bunlar deyilir. 88 adamın qatıldığı sorğuya kişilərin subay ya da evli olsa da qadın dostlarından ehtiraslandığı ortaya çıxdı. Kişilər, qadın dostları ilə vaxt keçirməkdən və çölə çıxmaqdan xoşlanırlar.

Anketə görə; kişilər, qadın dostlarının özlərinə daha çox maraq göstərməsini və dostluqlarının romantik bir əlaqəyə çevrilməsini istəyir.

Ancaq anketə qatılan qadınlar, kişilərin bu istəyindən xəbərsizdir. Subay və evli qadınların, kişi dostlarına qarşı maraq eyni səviyyədə olmasına baxmayaraq, evli qadınlar yalnız ərləri ilə yaşadığı əlaqədə problem olduğu təqdirdə kişi dostlarına maraq göstərməyə başlayırlar. Qadınlar evli ya da başqa əlaqəsi olan kişilərlə isə maraqlanmırlar.

140 evli adam arasında aparılan başqa bir sorğu zamanı isə qadın və kişi dostlar arasında orta yaşda cinsi hissiyatın eyni səviyyədə olduğunu üzə çıxıb.

Gənc kişilərə görə orta yaşlılar qadın dostlarına qarşı daha az ehtiraslanır. Qadınlar üçünsə bu vəziyyət yaşa görə dəyişmir.

İctimai və Fərdi Əlaqələr Jurnalına görə hər iki sorğuda qadınlar və kişilər qarşı cinslə dostlıq etməyi sevir. Qadın-kişi dostluğu yaxşı nəticələr əldə olunması və özünə inam artımını təmin edir.

ABŞ-dakı Wisconsin Universitetindən mütəxəssislər isə filmlər və televiziya proqramlarının ideya müəlliflərinin normal dostluğun əlaqəyə çevrilə biləcəyi fikirinin inkişafına köməkçi olduğunu açıqlayır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs