news Image
2012.07.26
12:05
| A A A
Kim Jong Un evləndi

Movqe.Az xəbər verir ki, Şimali Koreya lideri Kim Jong Un evləndi. Evlilik dövlət televiziyası tərəfindən təsdiqlənib. Şimali Koreya dövlət televiziyasından Kim Jong Un ilə heyat yoldaşının paytaxt Pyöngyangda bir parkın açılışına qatıldığı deyilir. Xəbərdə "Marşal Kim Jong Un Nungra Xalq Əyləncə Parkının açılış mərasimində həyat yoldaş Ri Sol Ju ilə iştirak etmişdir" ifadələri yer alıb.

Bu xəbərlə birlikdə Şimali Koreya rəsmi mətbuat orqanlarında ilk dəfə Kim Jong Una müxtəlif dəvətlərdə müşayiət edən Ri Sol Ju, gənc liderin həyat yoldaşı olaraq qeyd edilib. Daha əvvəl bu cür dəvətlərdə göstərilən 20 yaşlarındakı xoş geyimli qadının şəxsiyyəti haqqında ən kiçik bir məlumat verilmirdi. Dünya mətbuatında da gənc qadının Kimin bacısı, həyat yoldaşı ya da dostu olduğuna dair müxtəlif fərziyyələr irəli sürürdü.

Şimali Koreya lideri Kim Jong Un iyulda ölkədə Baş qərargah rəisi vəzifəsindən getdikdən sonra ona Marşal rütbəsi verilmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs