news Image
2012.07.30
11:00
| A A A
Dünyanın ən uzun saçlı kəndi

Movqe.az xəbər verir ki, Çinin Huangluo kəndində qadınların saç uzunluğu 1,7 metrə çatır. Huangluo, dünyanın ən uzun saçlı kəndi olaraq Guinness rekordlar kitabında qeydə alınıb.

Saç hər qadın üçün əhəmiyyətli aksesurdır. Çinin Huangluo kəndində isə saç qadınların ən qiymətli varlığıdır.

Bir çox Çin kəndi kimi, Hunagluoda turistlərin marağını çəkmək üçün keçmişdən gələn xeyli ənənə var. Qızıl Yao qadınları sahib olduqları uzun saçların uzun ömür və zənginlik gətirdiyinə inanır.  Hətta aralarında bir neçəsinin saç uzunluqları 5.5 metrdir.

Bu Çinli qadınlar həyatlarında yalnız bir dəfə saçlarını kəsə bilirlər. O da on altı yaşda, özlərinə bir yoldaş axtarışına başlamazdan öncə edilə bilər. Burda bütün qadınların saç düzümü nimçə şəkillidir.

Bu saç stili onlar haqqında bəzi detalları da ortaya çıxarır. Məsələn, saç başında sarılıbsa o qadının evli, amma uşaq sahibi olmadığı aydın olur. Qadınlarda öndən kiçik bir toppuzun olması  onların həm evli, həm də uşaq sahibi olduğunu bildirir. Saçına baş örtüsü atıbsa bu qadının subay olmasına və sevgili axtarmasına işarədir.

Qızıl Yao qadıları söyləyir ki, tünd rəngli saçlarının gözəlliyi saçlarını düyü suyu ilə yumaqdan qaynaqlanır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs