news Image
2015.01.09
15:55
| A A A
Evli və subay kişilər arasındakı 8 FƏRQ

Subaykən yaşanan həyatla evlilik sonrası yaşanan həyat eyni olmur. Çox şey dəyişir.

Movqe.az Ailem.az-a istinadənsubay və evli kişilər arasındakı fərqləri təqdim edir.

1. Pivənin yerinə şərab, ya da şampan alırlar

2. Subaykən gecələr bayıra dostları ilə çıxırdısa, evlənəndən sonra xanımını da yanında aparmalı olur.

3. "Facebook"da hər qarşısına çıxan, "Ayka", "Şirinka" profillərinin dostluq təklifini qəbul etmir.

4. Evlənməmişdən əvvəl sevdiyi ilə mesajlaşanda fərqli şeylərdən danışırdılarsa, evlənəndən sonra mesajlaşma "Evə nə lazımdı? – İki çörək, bir pampers"dən ibarət olur.

5. Subay kişi maşında sürəti çox sevir. Evlənəndən sonra "maşını ehtiyatlı sür!" kimi qadın xəbərdarlığı kişilərin bu sürətini azaldır.

6. Sevgiliykən kinoya gedəndə gizli yer olsun deyə arxa oturacaqları seçən kişilər evlənəndən sonra nədənsə ön sırada otururlar.

7. Subay vaxtı pulla dolu olan pul kisəsinin içində evlənəndən sonra bəzən siçan da gəzir.

8. Subaykən sevdiyinə zəng edərək "Salam. Necəsən? Neynirsən?"lə kifayətlənən kişilərin evlənəndən sonra xanımı ilə danışıq dəqiqələri çoxalır.

Bütün bunların səbəbi isə artıq tək deyil, iki nəfərlik bir həyat yaşamasıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs