Əlaqə Arxiv
news Image
2015.01.10
10:58
| A A A
Ürəyə qayğı

Heç vaxt gec deyildir


Şimal-Qərb Universitetinin alimləri (İllinoys, ABŞ) bildirirlər ki, insanın öz vərdişlərini dəyişməsi heç vaxt gec deyildir. Alimlər 30 və 40 yaşlarında ürəyin tacvari arteriya damarı üçün zərərli olan vərdişlərdən- siqaret çəkmək, spirtli içkilər və yağlı qidalar qəbul etməkdən imtina edən 5000 nəfəri müayinə ediblər. Onlar bunun əvəzinə faydalı vərdişlərdən istifadə ediblər: idmanla məşğul olub, çoxlu meyvə və tərəvəz yeyiblər, öz çəkilərinə nəzarət ediblər. Məlum olub ki, artıq 5 ildən sonra tacvari arteriya damarlarının keçiricilik qabiliyyəti 10% yüksəlib. Bu cür sağlam həyat keçirdikdən 20 il sonra isə damarların vəziyyəti 45% yaxşılaşıb. Sağlamlığın qeydinə qalınan hər il doğrudan da ürək və damarların vəziyyətini qaydaya salır: ateroskelorozun qarşısını alır və qan təzyiqinin qalxmasına imkan vermir.


Hipertoniya əqli zəifliklə təhdid edir


Milli Qocalma İnstitutunda (Merilend, ABŞ) keçirilən başqa bir tədqiqatda müəyyən edilib ki, 70 yaşdan sonra insanlarda əqli zəiflik 50 yaşdan sonra qan təzyiqinin yüksəlməsi ilə birbaşa əlaqədardır. "Qan, sözün birbaşa mənasında, beyinə təzyiq edirsə, əsəb hüceyrələri normal işləmirsə, siz nə istəyirsiniz?"- tədqiqatçılar soruşurlar. Sevindirici məlumat da vardır: qan təzyiqinin normaya salınması yaddaşın və təfəkkür qabiliyyətinin 10% bərpa olunmasına gətirib çıxarır.

Buna görə də qan təzyiqinin qaydaya salınmasına riayət etmək və əgər lazım gələrsə, müntəzəm olaraq dərmanlar qəbul etmək xüsusilə əqli əməklə məşğul olanlar üçün çox vacibdir.

Oxşar nəticələr Brayhem Gənclik Universitetində də (Yuta, ABŞ) alınıb. Burada qan təzyiqinə riayət etməyi untqan, tez-tez acıqlanan və ümumiyyətlə, məişət məsələlərindən başı az çıxan adamlar üçün məsləhət görürlər.

Onların gəldikləri nəticəyə görə, çəkinin normaya kimi aşağı salınması və yağlı qidaların tərəvəzlərlə əvəz olunması beynin fəaliyyətini 2,7-4,6% yaxşılaşdırır.


Zülalları azaldırıq


Yenə hər konkret insanın özünün nə edə biləcəyinə qayıdırıq. Biz sağlam qidanı artıq dəfələrlə qeyd etmişik: tərəvəzlər və minimum yağlı qida.

Məlum olub ki, əlavə zülal- ət, quş əti və balıq da insan yaşlaşdıqca ürəyin sağlamlığına mane olur.

Sizin Reklam Yeriniz