news Image
2012.07.31
12:30
| A A A
Musiqiçi problemlə üzləşdi
Movqe.Az bildirir ki, İsveçrənin paytaxtı Berndə bir musiqiçi milyon dollarlıq "Stradivarius" skripkasını tramvayda unudub. Polisin verdiyi məlumata görə, musiqiçi tramvaydan endikdən sonra skripkasını tramvayda qoyduğunu hiss edib və dərhal polisə müraciət edib. Vaxt itirmədən maşinistə xəbər verilib və tramvay dayandırılıb, ancaq skripka tapılmayıb. Təhlükəsizlik kameraları qeydlərini araşdıran polis, skripkanı aparan adamı təsbit edərək elan verib. Skripkanı tapan adam elandan xəbərsiz, növbəti gün bu qiymətli musiqi alətini Bern itkin əşya bürosuna gətirib. Skripkasına qovuşan musiqiçi aləti tapan adamla tanış olacağını söyləyib.

17-ci əsrdə İtaliyada yaşayan musiqi aləti istehsalçısı Antonio Stradivari tərəfindən əllə hazırlanmış skripkaların ən böyük xüsusiyyəti digər skripkalarda olmayan səsə malik olmalarıdır. Hələ də bu skripkaların bu xüsusiyyətə necə sahib olduğu bilinmir. Hal-hazırda təxminən 650 "Stradivarius" alət olduğu güman edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs