news Image
2015.01.22
13:45
| A A A
İsrail 14 yaşlı fələstinli qıza bu cəzanı verdi

Mələk əl Xəttab 2 ay həbsə məhkum olunub və 1 500 dollar cərimə olunub.

İsrail əsgərlərinə daş atdığı iddia olunan 14 yaşlı fələstinli qız barəsində 2 ay həbs cəzası verildi və 1 500 dollar cərimə olundu.

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə "Fələstin Əsirlər Cəmiyyəti"nin yaydığı bəyanatda bildirilib.

"İsrailin Ofer məhkəməsindəki hərbi məhkəmə dekabr ayının axırında saxlanılan 14 yaşlı fələstinli Mələk əl Xəttab 2 ay həbsə məhkum olunub və 1 500 dollar cərimə olunub".

Bəyanatda, İsrailin uşaqları həbs etməsinin beynəlxalq uşaq hüquqları konvensiyası ilə ziddiyyət təşkil etdiyi bildirilib. Həmçinin qeyd edilib ki, məhkəmə bu həbsin uşağın həyatında yol açacağı fəsadları nəzərə almayıb.

Xatırladaq ki, Rəmallah şəhəri yaxınlığındakı Betin yaşayış massivi sakini olan Mələk əl Xəttab İsrail əsgərlərinə daş atdığı və bıçaq gəzdirdiyi iddiası ilə dekabrın 31-də saxlanılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs