news Image
2012.08.02
16:35
| A A A
52 milyon il əvvəl

Movqe.az xəbər verir ki, Buzlar qitəsi Antartika ilə əlaqədar bir araşdırma, maraqlı bir həqiqəti də müəyyən edib. Antarktika sahillərində 52 milyon il əvvəl tropik yağış meşələri yüksəlirdi. Frankfurt Universiteti və Bioloji Müxtəliflik və Meteorologiya Tədqiqat Mərkəzinin(BiK) elm adamları Antarktikada qazdıqları quyularda tədqiqat aparıb. Dərinliyi 1000 metr olan quyularda aparılan araşdırmalar vaxtilə bu bölgədə tropik yağış meşələrinin olduğunu göstərib. Elm adamları, nəticələri Nature jurnalında nümayiş olunan araşdırmalarında, 52 milyon il əvvəl Antarktika sahilində, indiki vaxtda yalnız tropik bölgələrdə görülən növdən yağış meşələrinin olduğunu müəyyən edib. Elm adamı Prof. Jörg Pross, 52 milyon il əvvəl Antarktika sahillərindəki istiliyin indiki dövrdəkindən  50-60 dərəcə daha yüksək olduğunu, buna da ilıq dəniz axıntılarının və yüksək karbondioksid nisbətinin səbəb olduğunu qeyd edib. Karbondioksid nisbətinin indiki dövrdəkindən ən az iki qat çox olduğunu ifadə edən Pross, keçmişə açılan bu pəncərə sayəsində Yerin gələcəkdəki hava şərtlərini təxmin etməyin mümkün olduğunu söyləyib. Pross, "Dövrümüzdəki qalıq yanacaqların istehlakıyla ortaya çıxan karbon ayrılmasının eyni şəkildə davam etməsi halında, bir neçə əsr ərzində atmosferdəki karbondioksid nisbəti bundan 52 milyon il əvvəlki qədər ola bilər" deyə bildirib. Uzun müddətdə qlobal istiləşmə səbəbi ilə buz kütlələrinin əriməsinin qaçınılmaz olduğunu ifadə edən elm adamı, bunun nəticəsində dəniz səviyyəsinin dünya üzrə 70-80 metr yüksələcəyini bildirib. Pross, beləcə Almaniyanın şimalının və ya Amerikanın şərq sahillərinin tamamilə su altında qalacağını, Nyu Yorkdakı Azadlıq heykəlinin isə yalnız 20 metrinin açıq havada qalacağını ifadə edib.