news Image
2012.08.03
12:28
| A A A
“Facebook” zaman tunelindən qaçış yoxdur

Movqe.az xəbər verir ki, "Facebook"dakı bu böyük dəyişikliyə hələ örgəşə bilməmisinizsə onda bu tarixə diqqət yetirin! Baxmayaraq ki, 1 ildir fəaliyyət göstərir haqqındakı müzakirələr tükənmir. Facebook zaman tuneli istifadəçilər arasında sanki epidemiya kimi gəzməyə davam edir. Bu müddətdə bəzi istifadəçilər ictimai şəbəkə nəhənginin "xahişini" israrla rədd etməyə çalışsa da, bəzi şanssızlar istəməsələr də bu tunelin dərinliklərinə düşür. Əgər siz də hələ azlıqdakı "şanslılardansanızsa" çox sevinməyin. Belə ki, Facebook bu ilin "payız aylarında" hər kəsi eyni tunelə salmağı planlaşdırır. Bu səbəbdən növbəti günlərdə profil səhifənizdə "Zaman tunelinə keçəcəksiniz" ifadəsini görsəniz çaşmayın. Lakin avtomatik yeni profil sisteminə keçməzdən əvvəl Facebook sizə gizlilik parametrlərini təyin etmək üçün bir cür "ön xəbərdarlıq" təqdim edəcək. Bu xeyirxah xəbərdarlıq sayəsində keçmişinizi kimlərə açıb açmayacağınıza heç olmasa siz özünüz qərar verəcəksiniz. İnsanların zaman tunelindən qaçmasına səbəb kimin kimlə harada nə etdiyi, keçmiş sevgilisinə nə göndərdiyi, əlaqə vəziyyətini neçə dəfə dəyişdirdiyinin açıq-aşkar göstərilməsidir. Bəzilərimiz isə sadəcə yenilikləri  sevmirik. Lakin ictimai şəbəkə nəhənginin bu mövzudakı rəftarı dəqiqdir: "Keçmişindən qaça bilməzsən!"