news Image
2012.08.03
16:20
| A A A
Dünyanın ən yaşlı hipopotamı öldü

Movqe.az xəbər verir ki, Amerikanın şimalında yerləşən İndiana əyalətindəki Evansville zoopark səlahiyyətliləri, Nil hipopotamın (begemot) Donnanın 62 yaşında öldüyünü bildirib. Zoopark müdiri Amos Morrisorta Donnanın 20 il daha çox yaşadığını deyib. Bu vəziyyətdən böyük kədər duyduqlarını dilə gətirən Morris sağlamlıq vəziyyəti pis olan Donnanın oynaq nahiyəsindən əzab çəkdiyini qeyd edib. Hipopotam Donna, 1951-ci ildə Memfis zooparkında doğulmuş, 1956-cı ildə Evansville zooparkına gətirilmişdi.