news Image
2012.08.06
13:27
| A A A
300 illik təsbeh

Mövqe.az xəbər verir ki, Türkiyənin Kayseri bölgəsində Osmanlı dövründə tikilən Kişi Əli Məscidində 300 ildir saxlanılan 637 dənəli pelit ağacından düzəldilmiş nəhəng təsbehə vətəndaşlar böyük maraq göstərib.

Dəvəli mahalındakı Məscidi Kəbir Məhəlləsində yerləşən Dəvəli Mərkəz Məscidinin inşası və quruluşu ilə əlaqədar heç bir kitabə tapılmayıb. Sadəcə qərb divarında asılı bir dəri üzərinə yazılmış səkkiz sətirlik təmir kitabəsində görə məscid, 1731-ci ildə Kişi Əli tərəfindən təmir edilib və 1769-cu ildə genişləndirilib.

Kitabədə məscidin 1844-cü ildə Mehmet İbn-i İbrahim bin Yusuf Efendizade tərəfindən yenidən təmir edildiyi bildirilib.

Məsciddə 300 illik olduğu deyilən 637 dənəli təsbeh xüsusilə Ramazan ayında vətəndaşlar tərəfindən böyük marağa səbəb olub. Təsbehin minbərdə saxlandığını söyləyən təqaüdçü din xadimi Mahmud Yanar 60 ildən bəri təsbehin heç tozlanmadığını bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs