Əlaqə Arxiv
news Image
2015.03.02
11:20
| A A A
Picassonun oğurlanan tablosu, Amerikada bir kuryer şirkətinin paketindən çıxdı

Fransada bir muzeydən oğurlanan dünyaca məşhur rəssam Pablo Picassonun 2.5 milyon dollarlıq "Bərbər" adlı əsəri, ABŞ-da bir kuryer şirkətinin paketindən çıxıb.

Movqe.az xəbər verir ki, Belçikadan ABŞ-a göndərilən və 37 dollar dəyərində olduğu təqdim edilən paketi açan Amerikalı gömrük məmurları, qarşılarında köhnə bir tablo görüblər.

Bunun üzərinə gömrük işçiləri Fransız səlahiyyətli şəxslərə xəbər verərkən New Yorka gedərək əsəri araşdıran mütəxəssislər, söz gedən əsərin Picassonun 1911-ci ildə çəkdiyi "Bərbər" adlı əsər olduğunu açıqlayıblar.


Məşhur tablo, 2001-ci ildə Parisdəki Müasir İncəsənət Muzeyindən oğurlanmışdı. Tablonun may ayında təkrar muzeydə sərgilənməsi hədəflənir.


Sizin Reklam Yeriniz