news Image
2012.08.08
17:55
| A A A
Marsın ilk rəngli fotoşəkili - FOTOLAR

Movqe.Az xəbər verir ki, Amerika Aerokosmik Agentliyi (NASA) tərəfindən Marsa çıxarılan robot "Curiosity" (maraq), "Mahlı" adlı kamerasıyla ilk dəfə rəngli foroşəkil çəkib göndərib. Planetin şimalına eniş edən robot, Qala kraterinin kənarını rəngli olaraq göstərib.

GÖRÜNTÜNÜN KEYFİYYƏTİ ARTACAQ

İlk görüntü bir qədər bulanıqdır. Fotoşəkilin bulanıq görünməsinin səbəbi isə kamera obyektivinin önündəki qapağın eniş əsnasında tozla örtülməsi olub. Bir həftə ərzində fotoşəkilin keyfiyyətinin artması gözlənilir.

"Curiosity"nin üzərində 17 fərqli kamera var. Kiçik avtomobil böyüklüyündəki robot Marsda 687 gün yəni 1 Mars ili keçirəcək.