news Image
2015.04.01
20:30
| A A A
Alimlər ilk dəfə insana ölmüş ürək köçürüblər

Britaniyalı həkimlər qrupu ürək tam dayandıqdan sonra onun köçürülməsi üzrə ilk uğurlu əməliyyat keçiriblər. Unikal texnologiyanı OCS (Organ Care System) adlandırıblar.

Kardiologiyadakı bu inqilabi çevriliş orqanı saxlamaq üzrə yeni portativ üsul olmadan mümkün olmazdı.

Döyünməyən ürəyin köçürülməsi üzrə ilk əməliyyat keçirən Kembricşir qraflığının cərrahları əməliyyat zamanı ölmüş orqanı tam fəaliyyət göstərmək səviyyəsinə qədər reanimasiya edə biliblər.

Bir qayda olaraq, donor ürəkləri baş beyin hüceyrələri "ölmüş", lakin hələ döyünən ürəyi olan adamlardan götürürlər.

Göstərilən konkret halda isə orqan ürək və ağ ciyərləri fəaliyyətini dayandırmış, yəni qan dövranının dayanmasından ölmüş donordan daxil olub.

Britaniyalı kardiocərrahlar bildirirlər ki, söhbət məhz "ölmüş" ürəkdən istifadədən gedir.

Papvort xəstəxanasının nümayəndələri vurğulayırlar ki, yeni metod ürək transplantasiyalarının sayını, ən azı, 25% artırmağa imkan verəcək.

Bu köçürməyə risk edən londonlu 60 yaşlı Hüseyn Ulukan hələ 2008-ci ildə ürək infarktı keçirib. O etiraf edib: "Əməliyyatdan əvvəl mən zorla və nəfəsim təngiyərək hərəkət edə bilirdim. Həyatım çox ağır idi".

Ulukan bildirib ki, ürək köçürüləndən sonra səhhətinin yaxşılaşması ilə əlaqədar olaraq sevinc hissləri yaşayır.

"İndi gündən-günə özümü daha güclü hiss edirəm və bu gün səhər xəstəxanaya xüsusi bir problem olmadan gedə bildim"- o deyib.

Həkimlər artıq bu əməliyyatı dahiyanə əməliyyat adlandırıblar. Onlar hesab edirlər ki, bu, orqanların transplantasiyaolunma prosedurunu sadələşdirəcək, çünki bundan sonra daha çox adam yeni orqan ala biləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs