Əlaqə Arxiv
news Image
2015.04.02
14:00
| A A A
“Bandotdel”in keçmiş rəisi həbs edildi

Bir vaxtlar məşhur kinorejissor və aktyor olan Nizami Musayev həbs edilib. Movqe.az vesti.az-a istinadən xəbər verir ki, N.Musayev Səbayel Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Bakıda həbs olunub.N.Musayev 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ("bandotdel") rəisi postunu tutub. O, 1995-ci ildən axtarışda idi.N.Musayevə qarşı CM-in iki maddəsi (2000-ci ilədək qüvvədə olan redaksiyada) ilə ittiham irəli sürülüb. O, xüsusilə böyük məbləğdə dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.Qeyd edək ki, N.Musayev aktyor, rejissor, ssenarist, həmçinin tryuklar ustasıdır (idmançı olduğu üçün filmlərdə bir çox tryukları da özü yerinə yetirib). 1981-ci ildən filmlərdə çəkilən N.Musayevin özünün çəkdiyi ən məşhur ekran əsəri "Lətifə" filmidir. O, "Yaramaz", "Bəyin oğurlanması", "Alman klinikasına səfər", "Cin mikrorayonda", "Dənizdən işarə gözləyin" və s. filmlərin çəkilişində də aktyor və ssenari müəllifi kimi iştirak edib.

Sizin Reklam Yeriniz