Əlaqə Arxiv
news Image
2018.11.09
12:13
| A A A
Dağlarda yaşamaq kökəlmə riskini aşağı salır

Alimlər növbəti dəfə artıq çəki probleminə diqqət yetirir və onun həlli yollarını tapmağa cəhd edirlər. Bu yaxınlarda tədqiqatçılar Çexiyanın paytaxtı Praqada keçirilən Avropa konqresində özlərinin səkkiz il yarım ərzində apardıqları araşdırmanın nəticələrini elan ediblər.Bu qədər uzun çəkən vaxtda mütəxəssislər eksperimentdə iştirak edən 9300 gənc ispaniyalını müşahidə ediblər. Bu adamlar öz evlərinin dəniz səviyyəsindən nə qədər yüksəklikdə yerləşəməsinə görə üç qrupa bölünüb.Belə ki, birinci qrup iştirakçılar dəniz səviyyəsindən 125 metr aşağı səviyyədə, ikinci qrup iştirakçılar dəniz səviyyəsindən 125-450 metr yüksəklikdə, üçüncü qrup isə 450 metrdən yuxarı səviyyədə yaşayıblar.Nəticədə mütəxəssislər bu fikrə gəliblər ki, dəniz səviyyəsindən 450 metr yuxarıda dağlarda yaşamaq kökəlmə riskini on üç faiz azaldır.Və bu, təkcə insanın yüksəkliyə qalxması üçün sərf etdiyi daha çox güc və müvafiq olaraq, kaloridən asılı olmayıb, həmçinin dağlarda oksigenin az olması səbəbindən insana özünü uzun müddət tox hiss etməyə imkan verməsi ilə bağlıdır.Təbii ki, bu da artıq çəkidən xilas olmaq imkanı yaradır.

Sizin Reklam Yeriniz