Movqe.Az xəbər verir ki, "İslam Mədəniyyət və Sənət Əsərləri Sərgisi" üçün Çindən gətirilən və Fatehdəki Əli Əmri Əfəndi Mədəniyyət Mərkəzində sərgilənən Qurani Kərimə maraq böyükdür.
Eni 1,14 və uzunluğu 208 metr olan, 86 kiloqramlıq rulon şəklindəki Qurani Kərim ilk dəfə Çinin xaricinə çıxıb.
Layihənin müəllifi Yusuf Xujun, maraqlı əsərlə əlaqədar bunları söyləyib: "Həyat yoldaşım Səlimə Xujunla Çinlilərə xas yazı növü olan "kəsmə yazı sənəti"ni istifadə edərək böyük bir Qurani Kərim yazmağa qərarına gəldik.
Araşdırmalarımızı
tamamladıqdan sonra layihənin dizaynı
üçün 7 ay yarım məşğul olduq. Bu
Qurani Kərimi yazmaq üçün 70 adamı işə cəlb
etdik. Bu əsər 2,5 ilə tamamlandı.
Əsər, Çində mədəniyyət mirası siyahısına daxil edilib. Qurani Kərimdə olan 114 səhifəni işarələyir. Bunu ipək üzərinə yazdım."
Sərgi sentyabrın 7-nə qədər davam edəcək.