news Image
2012.09.07
12:14
| A A A
Baxıcı məktəbində tək kişi məzun o oldu

Movqe.Az xəbər verir ki, İngiltərənin məşhur baxıcılıq məktəbi bu ilki məzunlarını da yola saldı. 48 baxıcının arasında təhsil alan yeganə kişi şagird Maykl Kenni artıq özünü uşaqlara həsr etməyə hazırdır.

İngiltərədə olan Norland Baxıcılıq Məktəbi bu il 48 məzun verib. Məzunlar arasında baxıcılıq peşəsini seçən tək kişi şagird Maykl Kenni keçirilən mərasimdə qız yoldaşlarıyla birlikdə diplomunu alıb.

Yüz iyirmi illik tarixində bu günə qədər yalnız 2 kişi məzun verən Norland Baxıcılıq Məktəbindən yüksək dərəcəylə məzun olan Kenni, baxıcılıq peşəsini seçməsiylə əlaqədar, "Uşaqlarla işi çox sevirəm, çünki onlarla razılaşmaq və onları anlamaq daha asandır" deyib.

İngiltərənin "Daily Mail" qəzetinin xəbərinə görə Kenni məktəbdə pudinq yedizdirmək və körpə altı təmizləmək işində sinif yoldaşlarıyla yarışıb.

Ugandada yaşayan ailəsini ziyarətə getdiyi vaxt, peşə seçimiylə əlaqədar çox təzyiq gördüyünü deyən Kenni, gələcək illərdə bir ibtidai məktəbdə müəllim olmağı məqsəd qoyduğunu söyləyib.

Baxıcılığa namizədlər məktəbdə təhsil müddət boyunca ictimai elmlər, tarix, psixologiya, uşaq sağlamlığı və baxıcılıq, ədəbiyyat və pedaqoji sahələrində təhsil alır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs