Əlaqə Arxiv
news Image
2012.09.07
18:52
| A A A
Britaniya şahzadəsi Əfqanıstanda hərbi xidmətdədir

Britaniya taxt-tacının varisi şahzadə Harri hərbi xidmətinin qarşıdakı dörd ayını Əfqanıstanda çəkəcək. Bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi də təsdiqləyib.

Nazirlikdən bildirilib ki, "Apaçi" helikopterinin pilotu olacaq 27 yaşlı Harri taliblərə qarşı hərbi əməliyyatlarda fəal şəkildə iştirak edəcək. Hazırda Əfqanıstanın Hilmənd əyalətindəki "Kemp Bistion" hərbi bazasında olan şahzədə 100 nəfərlik dəstənin tərkibində yer alacaq. Başqa hərbi qulluqçularla yanaşı, yük kanteynerində yaşayacaq.

İngiltərənin hərbi dairələri hesab edirlər ki, Britaniya kraliçası II Yelizavetanın nəvəsinin Əfqanıstan kimi qaynar nöqtədə hərbi qulluq keçməsi onu və onun yoldaşlarını əlavə riskə atmayacaq.

Qeyd edək ki, Harri 2008-ci ildə Hilmənddə on həftə xidmət keçib. Lakin yeri barədə informasiya mediaya çıxandan sonra vətənə dönməli olub. Şahzadənin yenidən xidmət yerinə qayıtması isə gecə əyləncələrinin birində çılpaq şəkillərinin yayılması ilə bağlıdır.

Sizin Reklam Yeriniz