news Image
2012.09.10
14:44
| A A A
“Şahzadə Harrini öldürmə planımız hazırdı”

Movqe.Az xəbər verir ki, Taliban, İngiltərənin bu ölkədəki hərbi birliyində xidmətə başlayan kral taxtının üçüncü varisi Şahzadə Harrini öldürmək üçün "çox əhəmiyyətli bir plan" hazırladığını açıqladı.

Əfqanıstandakı Taliban sözçülərindən Zebihullah Mücahid, fransız xəbər agentliyi AFP-yə telefonla etdiyi açıqlamada, Şahzadə Harrini və Helmand vilayətindəki ingilis əsgərlərini öldürmək üçün əllərindən gələni edəcəklərini söylədi.

Taliban spikeri Mücahid, Şahzadə Harrini qaçırmaq deyil öldürmək istədiklərini bildirərək, bunun üçün "çox əhəmiyyətli bir plan" hazırladıqlarını söylədi.

TALİBANA QARŞI ƏMƏLİYYATA QATILACAQ

İngiltərə Müdafiə Nazirliyi, Şahzadə Harrinin ötən həftə Helmanddakı İngilis ordusu iqamətgahına çatdığını və burada dörd ay ölkədə qalacağını açıqlayıb. Qurum həmçinin 27 yaşındakı şahzadənin, Apaçi vertolyotlarında pilot olaraq vəzifəsini yerinə yetirəcəyini və Talibana qarşı əməliyyatlarda iştirak edəcəyini açıqlamışdı.

Son dövrdə nümayiş olunan çılpaq fotoşəkilləriylə gündəmdə olan şahzadə Harri, 2007-2008 illərində də 10 ay boyunca Helmandda xidmətdə olmuşdu.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs