Əlaqə Arxiv
news Image
2012.09.11
16:59
| A A A
Buraxın körpəniz ağlasın
Avstraliyada aparılan araşdırmada valideynlərin ağlayan körpələrini susdurmaq üçün dərhal hərəkətə keçməmələri lazım olduğu isbat edilib.

Movqe.Az xəbər verir ki, Avstraliyada valideynlərin ağlayan körpələrinə necə yaxınlaşması lazım olduğu mövzusunda araşdırma aparıldı.

Elm adamları valideynlərə uşaqları ağlamağa başladığında bir müddət gözlədikdən sonra susdurmaq üçün hərəkətə keçmələrini təklif edir.

7 aydan 6 yaşa qədər olan 326 uşaq üzərində aparılan və nəticələri "Pediatrics" jurnalında nəşr olunan araşdırmada ana-ataların ağlayan uşaqlarına qısa bir müddət müdaxilə etməyib öz-özlərinə susmasını gözləməyin müsbət nəticə verdiyini gördülər.

Elm aadamları valideynlərin "nəzarət altında ağlama" metoduyla körpələri ağlamağa başladıqdan sonra gözləmə müddətini artıraraq onların öz-özlərinə susma vərdişlərini qazandıra bildiklərini açıqlayıb.

İşi icra edən qrupdan Dr Anna Prays mövzuyla əlaqədar olaraq bunları söyləyib:

"Ana-atalar özlərini bir gecə 2 dəqiqə, digər gecə körpə ağlamaya başladıqdan 5 dəqiqə sonra müdaxilə etməyə alışdıra bilərlər. Bunda körpə baxımından bir qorxu yoxdur.

Lakin valideynlər ağlamağa başlayan körpələrinin otaqlarının qapısını bağlayıb onlarla maraqlanmırmış kimi etməsinlər. Arada sırada otaqlarına girib körpənin nə etdiyinə baxsınlar.

Bu vərdiş sayəsində analar da, körpələr də gecələri rahat yata bilər."

Sizin Reklam Yeriniz