Əlaqə Arxiv
news Image
2012.09.12
12:44
| A A A
Velosipedlə dünya səyyahəti

Mövqe.az xəbər verir ki, Türkiyə vətəndaşı Gürkan Gənc velosipedlə 7 ildə 7 qitədəki 85 ölkəni gəzməyi hədəfləyib və səfərinə iki gün əvvəl Ankaradan başlayıb.

''Dəmir Atlı Adam'' deyə tanınan Gürkan Gənc, 12 yaşında qurduğu dünyanı velosipedlə gezme xəyalini reallaşdırmaq üçün Ankaradan səfərə başlayıb.

Jurnalistlərə açıqlamasında Gənc, iki il əvvəl Türkiyədən velosipedi ilə Yaponiyaya getdiyini, səfəri ərzində yaşadıqlarını müxtəlif universitetlərdə tələbələrlə paylaşdığını, insanlara velosiped sevgisini anlatmağın əsas məqsədi olduğunu qeyd edib.

Səfərin çətin keçəcəyini, 7 il sonra Türkiyəyə qayıdacağını deyən Gənc bunları danışdı: ''12 yaşında velosipedlə dünyanı gəzmək istəmişdim. Yaşım 33 oldu indi bu Xəyalımı gerçekleşdiriirəm. Türkiyənin bir yerini gəzdim. İndi dünyanı dolaşacam. Ümid edirəm ki, sağ-salamat yenidən ölkəmə döne bilərəm. Uşaqkən İzmirə, sonra İstanbuldan Avropaya keçən Bizlər Övliya Çələbinin nəvələriyik. Səfərim zamanı vətəndaşların qayğıları ilə qarşlaşıram. Səfər 115 min kilometr sürəcək''.

Sizin Reklam Yeriniz