news Image
2012.09.14
14:16
| A A A
Tüklü mamont klonlaşdırılır

Movqe.Az xəbər verir ki, Sibirin şərqində yaxşı vəziyyətdə qalmış mamont qalıqlarının tapılması, soyu çoxdan tükənən bu heyvanı klonlamaq istəyən elm adamlarının ümidlərini canlandırıb.

Rus alimlərinin rəhbərlik etdiyi beynəlxalq bir qrup, heyvanın tükləri və sümük iliyində pozulmamış hüceyrələrə rast gəlib.

Ancaq bu hüceyrələrin canlı olub-olmadığı laboratoriya testləri nəticəsində aydın olacaq.

Əgər canlı hüceyrələr tapılsa 4-10 min il əvvəl soyu tükənən tüklü mamontları klonlaşdırmaq, nəzəri olaraq mümkün olacaq.

Heyvanın qalıqları avqust ayında Sibirin Yakutya bölgəsində yaz və qış aylarında donmuş vəziyyətdə olan təbəqənin dərinliklərindən tapılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs