news Image
2012.09.26
14:02
| A A A
Öpüşənlərə qəzəbləndi, gölü ikiyə ayırdı

Türkiyənin Trabzon əyalətindəki Sera gölü kənarında istirahət mərkəzi işlədən sahibkar cütlüklərin kirayəyə götürdükləri qayıqlarla gizli sahələrə gəlib öpüşmələrini mane törətmək üçün gölün ortasına polad tel çəkib.

Trabzonun Akçaabat mahalındakı Sera gölü, öpüşən cütləri görə hirslənən sahibkar Gürbüz Özkanın gərdiyi polad tellə ikiyə ayrılıb.

Movqe.Az-ın "Habertürk" qəzetinə istinadən yaydığı xəbərə görə polad telə bir də sal bağlayan Özkan, "Xüsusilə axşam saatlarında göl üzərində qayıqlarla gəzinti edənlər, mənim istirahət mərkəzimin kənarındakı gözdən uzaq yerlərə gələrək öpüşürlər. Mənim evim, ailəm, uşaqlarım buradadır. Bunun qarşısını ala bilmədiyim üçün belə bir tədbir gördüm" deyib.

Yıldızlı Bələdiyyəsinin sədri Yahya Taraqçı isə hadisəni yeni eşitdiyini və araşdırıldığını açıqlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs