news Image
2012.10.01
17:30
| A A A
Avropada depressiya anketi aparılıb
Movqe.Az bildirir ki, Yeddi ölkədə aparılan anket nəticəsində, işləyən hər on nəfərdən birinin depressiya səbəbiylə iş yerindən icazə aldığı məlum olub.  "Mori" araşdırma təşkilatı tərəfindən aparılan anketə görə, depressiya səbəbiylə işdən icazə almaq ehtimalı yüksək olan insanlar daha çox İngiltərə, Danimarka və Almaniyada işləyirlər. "Mori", bu araşdırmanı Avropa Depressiya Birliyi (EDA) üçün keçirib. Anketə, Türkiyə, İngiltərə, Almaniya, İtaliya, Danimarka, İspaniya və Fransadan 7 min adam qatılıb. Ümumi baxışda, anketə qatılan 7 min adamın 20 faizinin həyatlarının bir hissəsində depressiyaya girdikləri məlum olub. Ən yüksək nisbət  26 faizlə İngiltərədə, ən aşağı nisbət isə 12 faizlə İtaliyada təsbit edilib.