news Image
2012.10.06
14:45
| A A A
"James Bond" əfsanəsi 50 yaşında
Movqe.Az bildirir ki, İngilis yazıçı İan Fleminqin romanlarındakı Ceyms Bond xarakterinin yayımlanmasının 50-ci ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil edilir.

Kino dünyası düz 50 il əvvəl 007 kodlu agentlə tanış olub. İan Fleminqin ilk olaraq 1953-ci ildə qələmə aldığı romanında iştirak edən ingilis kəşfiyyat agenti "Ceyms Bond"un macəraları 1962-ci ildə ilk dəfə televiziyada yayımlanıb. İlk filmində aktyor Sen Konnerinin canlandırdığı kod adı "007" olan Ceyms Bond ilə əlaqədar tam 22 film çəkilib. İngilis aktyor Daniel Kreiqin canlandırdığı son Ceyms Bond filmi "Skyfall" isə 26 oktyabrda tamaşaçılarına təqdim ediləcək. İngilis agentin son maceralarını göstərən "Skyfall" filminin musiqisini isə məşhur ingilis müğənni Adele oxuyub. Bu günə qədər çəkilən 22 bond filmində istifadə edilən avtomobil, paltar və aksesuarlar da çox müzakirə olunub. Bond filmlərində istifadə edilən məhsullar Londonda bir hərracda satışa çıxarılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs