Əlaqə Arxiv
news Image
2012.10.11
16:29
| A A A
Milyon volt gərginliyə qoşulmuş vəziyyətdə qalan sehrbaz

Movqe.az xəbər verir ki, məşhur Amerikalı sehrbaz Devid Bleyn Nyu-York limanındakı tərsanələrin birində özünün daha bir ölümcül səhnəsini tamaşaçılara təqdim edib. O, 3 sutka ərzində 6 metr hündürlükdə milyon volt gərginliyə qoşulmuş vəziyyətdə qalıb. 7 nəhəng elektrik transformatorundan ayrılan cərəyanın altında duran Bleynin əynində dəmir tordan hazırlanmış xüsusi kostyum olub. Paslanmayan dəmirdən hörülmüş bu kostyumun ağırlığı 12 kiloqram olub. Bundan başqa, Bleynin ayaqlarında izolə edən çəkmələr, başında isə onu ultrabənövşəyi şüalardan qoruyan xüsusi ekranlı şlem olub. Səhnəni uğurla yekunlaşdıran Bleyn tamaşaçılarına dəstəyə görə minnətdarlığını ifadə edib. Tamaşaçılar arasında onun həyat yoldaşı və 2 yaşlı qızı da olub. Bleyn  tamaşaçılara təşəkkür etdikdən sonra tibbi personal onun səhhətini müayinədən keçirib. Daha sonra onu xəstəxanaya yerləşdiriblər. Həkimlər Bleynin səhhətində problem olmadığını, sadəcə özünü halsız hiss etdiyini deyiblər. 

Sizin Reklam Yeriniz