Əlaqə Arxiv
news Image
2015.10.07
11:45
| A A A
Süni mikrozəlzələlərin köməyi ilə arxeoloji abidələr tədqiq edilir

Geofizikanın müasir metodları heç bir qazıntı işi aparmadan arxeoloji obyektlərdə tədqiqat aparmağa kömək edəcək.

Movqe.az xarici saytlara istinadən məlumat verir ki, Rusiyanın Novosibirsk Universitetinin tələbələri Rusiya Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri ilə birgə Altay ərazisində süni mikrozəlzələlər yaratmaqla arxeoloji abidələri tədqiq ediblər. Onların tədqiqat obyekti kurqan kompleksləri və qədim yaşayış məskənləri olub.

Mütəxəssislər seysmik metodlardan istifadə etməklə əsil süni zəlzələlər yaradıblar. Dalğaların yayılma sürətinin analizi nəticəsində tədqiqatçılar arxeoloji abidələrin harada yerləşməsini və strukturunu öyrəniblər.

Cihaz çox yüksək tezliklə titrəyiş yaradır ki, bu da yerin altında ən xırda obyektləri müəyyənləşdirməyə imkan verir. Yeni seysmik metodlar əvvəllər arxeoloqlar üçün əlçatmaz olan arxeoloji materialları aşkara çıxarmağa kömək edib.

Sizin Reklam Yeriniz